Günahdan sonra tövbə etdim, amma "gecənin üçdə birində etməli idim" deyə düşünürəm — bu, vəsvəsədir?

    07.09.2026
Sual: 
Salam aleykum mən günah edənnən sonra tövbə namazı qıldıqdan sonra tövbə etdim sonra mənə ağlıma gəlirki mən gecənin 3də 1də tövbə etməliydim bu vəsvəsədi nədi? Zəhmət olmasa deyə bilərsiz? narahat qalmışam
Cavab: 

Və aleykum Salam. Xeyr, tövbəni gecənin üçdə birinə saxlamaq vacib deyil. Günah etdikdən sonra insan tövbəni dərhal etməlidir. Əksinə tövbəni gecikdirmək doğru deyil. Tövbə namazını istədiyiniz vaxt qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:


Siz günahdan sonra tövbə etmisinizsə və tövbənin şərtlərini yerinə yetirmisinizsə "kaş gecənin üçdə birində edərdim, bəlkə tövbəm qəbul olmadı" kimi fikirlərə əhəmiyyət verməyin. Bu, xüsusilə sizdə belə təkrarlanan şübhələr varsa, vəsvəsə ola bilər. Siz tövbəni vaxtında etmisiniz, odur ki, yenidən tövbə namazı qılmağa və ya tövbəni təkrar etməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: