Evdə açıq şəkildə musiqiyə qulaq asan şəxslərlə birlikdə qalmaq olarmı?

    03.10.2026
Kimdən: 
Abdullah
Sual: 
Əs sələm aleykum!Müəllim bir neçə müsəlman bir evdə kirayə qalır.Bir nəfər kirayədən çıxıb başına gələn bir müsibətdən sonra geri qayıymalı olur.Lakin gəldikdə görür ki evə bir qardaş daha gəlib onun əvəzinə.Qardaşlaq yeni qayıdan qardaşı (başına müsibət gəldiyi və pulu olmadığı üçün)misafir kimi qəbul edirlər.Lakin bu misafir olan qardaş görür ki,bunlar açıq aydın musiqi olan videolara,filmlərə evin mərkəsizndə gec saata qədər ALLAHDAN,quldan utanmadan baxıb dinləyir və cahillər kimi öz aralarında danışırlar.Qardaş yata bilmir.Bu qardaş bir neçə dəfə əxlaqlı şəkildə nəsihət edir.lakin əməllərinə davam edirlər.Qardaşın getməyə yeri yoxdur.ALLAHIN hökmü nədir bu halda?
Cavab: 

Və aleykum Salam. Əgər qardaşın başqa qalmağa yeri və maddi imkanı da yoxdursa, sadəcə onların günah işlətməsi səbəbilə dərhal evdən çıxması vacib deyil. Onun üzərinə düşən bacardığı qədər hikmət və yumşaqlıqla nəsihət etmək, musiqi və haram görüntülərə qoşulmamaq, onları izləməmək və həmin məclisdə iştirak etməməkdir. Əgər nəsihət etdikdən sonra onlar yenə də günahlarına davam edirlərsə, qardaşın həmin günaha razı olmadığını və iştirak etmədiyini bildirməsi kifayətdir. Çünki Uca Allah heç kəsi gücündən artıq yükləmir. Lakin əgər qardaş istər-istəməz onların etdiyi günahlarda iştirak etməli olursa, imkan tapan kimi otağı tərk etməli və başqa yerə çəkilməlidir. Həmçinin oxuyun:

Paylaş: