Maddi durumumuz yaxşı olmadığı üçün yoldaşımın sədəqə verməsinə mane oluram

    30.06.2014
Kimdən: 
konul umid
Sual: 
Salam.maddi durumumuz yaxsi olmadigindan Yoldasim sedeqe vere bilmir.amma arada bir nece dost pul yigib hebsxanada yatanlara yemek geyim falan gonderirler.men de buna qarsi cixiram.ondansa ozumuze xercleyek deyirem. Onlarin agli olsaydi ora dusmezdiler filan kimi ifadeler islesirem.menim etdiyim dogrudurmu ve yoldasimin etdiyi sedeqe savab sayilarmi??
Cavab: 

Aleykum salam. Əbu Hureyrə (radıyəllahu anhu) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: "Allah yolunda istifadə olunmaq üçün sərf edilən, kölə azad etmək üçün verilən, yoxsula sədəqə kimi verilən və bir də ailə üzvlərinin ehtiyacları üçün xərclənən pullar arasında ən çox savabı ailə üzvlərinə sərf edilənlər qazandırır". (Səhih Muslim).
Özünün ehtiyacı ola-ola sədəqə vermək də ən xeyirli əməllərdən sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "Üç şey vardır ki, onları özündə cəm edən şəxs, imanı özündə cəm etmiş olar: özünə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola (özünün ehtiyacı olduğu halda) malından başqalarına xərcləmək". (Səhih əl-Buxari).

Teqlər: 
Paylaş: