Komplekslərdən azad olmaq üçün dua

    23.12.2013
Sual: 
Salam. Men namaz qilanam,ama cox utancaq ve komplesliyem sizce hansi duani oxusam mene her yerde komek eder?sag olun...
Cavab: 

Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "...Həya imandandır". (əl-Buxari, 1/74, №: 24; Muslim, 1/63, №: 36). Digər bir hədisdə isə belə demişdir: "Həya yalnız xeyir gətirir". (əl-Buxari, 10/521, №: 6117; Muslim, 1/64, №: 37). Lakin hər bir şeydə orta mövqe tutmaq vacibdir. Möminlərdə aşağıdakı keyfiyyətlər olmalıdır: Cəsarətli olmaq - Allahdan başqa heç kimdən qorxmamaq. Uca Allah buyurur: "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Ali İmran, 175). Qəti olmaq və yalnız Allaha təvəkkül etmək. Necə ki, O, buyurur: "... görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir". (Ali İmran, 159). Bundan sonra tərəddüd etməmək - Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır". Uğursuzluqdan qorxmamaq, ruhdan düşməmək - Uca Allah buyurur: "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız". (Ali İmran, 139). Çoxlu Qurani Kərim, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələrin (Məs. Ömər, Xalid ibn Valid və b.) həyatını oxuyun. Mömin dostların əhatəsində olun, məsciddə camaat namazlarına gedin, Allaha çox dua edin. Allah kömək olsun!

Teqlər: 
Paylaş: