İmsaka dura bilməyəndə orucumu nə edim?

    03.07.2014
Kimdən: 
ruxsara
Sual: 
Salam man seher imsaka galxa bilmadim ne edim orucumu
Cavab: 

Aleykum salam. Əvvala çalışın ki, sahura (oruc tutmaq üçün səhər yeməyi) durasınız. Çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub ki, sahura qalxın, həqiqətən də sahurda bərəkət vardır. (əl-Buxari). Əgər dura bilməsəniz, onda Allahın izni və yardımı ilə orucunuzu iftara qədər səbr və təmkinlə davam edin. Aişə (radıyəllahu anhə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun yanına gələr və buyurardı: "Yeməyə bir şey varmı?" Aişə (Allah ondan razı olsun): "Xeyr" dedikdə o: "O halda mən bu gün orucam" deyə buyurardı". (əl-Buxari və Muslim).

Teqlər: 
Paylaş: