Heyvanlar oruc tuturlarmı?

    03.07.2014
Sual: 
Salam aleykum. heyvanlar oruc tuturlarmı? bu haqda cavab yazın.
Cavab: 

Aleykum salam. Xeyir, heyvanlar hətta ac qalsalar belə, onlar oruc tutmurlar. Heyvanların şüuru olmadığı üçün onlara ibadət etmək də vacib buyurulmayıb. İbadət yalnız insanlara və cinlərə fərz buyurulub: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
Amma buna baxmayaraq kainatda olan bütün varlıqlar Allah şənini Uca tutaraq Onu zikr edir: "Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir." (ən-Nur, 41)

Teqlər: 
Paylaş: