Orucu neçə yaşından etibarən tutmaq vacib olur?

    03.07.2014
Sual: 
1)Salam.Orucu neçə yaşından etibarən tutmaq olar? 2)Yuxuda dünyadan köçmüş biriylə söhbət etmək nə anlama gəlir? ALLAH razı olsun!
Cavab: 

Aleykum salam.
1) Ağlı başında olan və həddi-büluğ yaşına çatan hər bir səhhət baxımından sağlam olan müsəlman kişi və qadına oruc tutmaq vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə, 183).
Dinimiz yetkinlik yaşına çatmayana, xəstəyə və yaşlı insanlara orucu tutmağı vacib etmir. Oruc tutmağa gücü çatmayan yaşlı adamlara isə tutmadıqları hər günün əvəzinə bir kasıba yemək yedirməsi tələb olunur: "​(Oruc tutmaq) sayı müəyyən olan  günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).
2) Cavabı buradan oxuyun: Yuxular çin çıxırmı?

Teqlər: 
Paylaş: