Dözməyib orucumu açsam, kəffarə düşür, yoxsa qəza?

    12.07.2014
Kimdən: 
cemile
Sual: 
Essalamu alekum . Men vbugun imsaka dura bilmedim .oyandiqimda hecne yemeden oruc tutdum . Lakin seher hecne yemediyim ucun biraz halsizam . Bu halsizdasma artsa orucu pozsam oruca keffare yoxsa qeza dusur
Cavab: 

Aleykum salam. Əvvəla tövsiyə olunur ki, sahura (oruc tutmaq üçün səhər yeməyi) durasınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır". (Səhih əl-Buxari).
Dözə bilirsinizsə, orucunuzu pozmayın, səbr edib, axşama kimi bir təhər keçinin. Yox əgər dözməyib, orucuzunuzu pozsanız, onda həmin əmələ görə Uca Allahdan bağışlanma diləməli və həmin günün qəzasını tutmaq lazım gələcək. Yəni, qəza olan hər günə bir gün. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).

Teqlər: 
Paylaş: