Bu il yeni il tarixində Muhəmməd peyğəmbərin vəfat günüdür?

    27.12.2013
Sual: 
Salam Aleykum ve rahmatullahi ve baraketuh. Bu il yeni il Hz.Muhammad (s.a.s) efendimizin vefat gunune duwur heqiqeten?
Cavab: 

Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfat günü dəqiq bilinmir. Dəqiq bilinsə belə onun vəfat gününü qeyd etmək olmaz. Niyə? Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) heç bir kəsin ildönümünü qeyd etməmiş və bunu əmr etməmişdir. Ona görə də özünü müsəlman sayan və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutub gedən kəs - istər onun dünyaya gəlişi ilə, istərsə də vəfatı ilə bağlı olsun - bu ildönümlərini qeyd etməməlidir.

Paylaş: