Evdə heykəl suvenirləri olmaq günahdır?

    05.01.2014
Sual: 
evde heykelden suvenirler olmaq gunahmidir?/
Cavab: 

Salam aleykum. Bəli, həmin evə mələklər girməz: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Cəbrayıl yanıma gəldi və dedi: "Dünən gəlmişdim, daxil olmağıma mane olan qapının yanındakı heykəl idi. Evdə üstündə şəkillər olan pərdə var idi, həmçinin orada it var idi. Elə isə əmr et qapının yanındakı heykəlin başını götürsünlər, ağac şəklinə düşsün. Əmr et pərdəni kəsib götürsünlər üstündə gəziləcək döşəkcə düzəltsinlər. Göstəriş ver iti bayıra çıxarsınlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) (deyildiyi) kimi etdi. (Əbu Davud, ət-Tirmizi).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "Mən yük yığdığımız yerin qabağına şəkilli pərdə çəkmişdim. Rəsulullah bir səfərdən qayıtdı və bunu görərkən çəkdi atdı. Hirsindən üzünün rəngi dəyişmişdi. Buyurdu ki, "ey Aişə, bil ki, qiyamət günü insanların ən çox əzab görəni Allahın yaratdıqlarını təkrar etmək istəyənlərdir. Aişə (radıyəllahu anhə) deyir ki, biz o parçanı kəsdik və ondan bir-iki yastıq düzəltdik". (Səhih əl-Buxari, Səhih Muslim).
Ruhu olmayan şeylərin şəkillərinin olmasına isə icazə verilir. (Məsələn, təbiət mənzərəsi, gül, ağac, avtomobil və s.)

Paylaş: