Şəhvət hissimi saxlaya bilməsəm, siğə edə bilərəmmi?

    28.07.2014
Sual: 
Salam aleykum.Əgər özümü şəhvətdən saxlıya bilməsəm siğə eliyə bilərəm?Amma o şərtlərki siğənin bütün hökümlərinə riayət etməklə.Mən bilən siğə Qurani Kərimdə buyrulub səhv eləmirəmsə nisa sürəsi 24 ayədə.
Cavab: 

Aleykum salam. Siğə (müvəqqəti nikah) haramdır. Siğə İslama qədərki cahiliyyət dövrünün adətlərindən olmuş, islamın gəlişindən bir müddət sonra içkinin haram buyurulduğu kimi, o da haram buyurulmuşdur. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki: "Xeybərin fəthi günü Peyğəmbər (salləllahu aleyh və səlləm) siğəni və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur". (əl-Buxari, 4216). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (əl-Buxari, 5066; Muslim, 1400). Həmçinin Uca Allaha çoxlu dua edin ki, sizə tezliklə evlənməyi nəsib etsin!

Paylaş: