Hətta zarafatyana olsa belə kimisə lağ etmək olmaz?

    31.07.2014
Kimdən: 
Baxış
Sual: 
Salam bilmek isterdim birini lağ etmek günahdır yoxsa nece her bir veziyete zarafatca bele olsa
Cavab: 

Aleykum salam. Heç br halda başqasına lağ etmək və ya məsxərəyə qoymaq olmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (Hucurat, 11-12).

Paylaş: