İnsan necə yaranıb?

    27.12.2013
Sual: 
Salam aleykum. İnsan nece yaranib?
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl Muminun, 12-14).
Bu ayədə "palçıq cövhərindən yaratdıq" dedikdə Adəmin əleyhis-səlam yaradılışı nəzərdə tutulur. Allah Təala ilk öncə Adəmi, sonra onun zövcəsi Həvvanı (Onlara Allahın salamın olsun) yaradır, sonra da onlardan bütün insanları xəlq edir. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir". (ən Nisa, 1).
Bu haqda daha ətraflı məlumat almaq üçün "Yaradılış" bölümündə "İnsanın yaradılışı" adlı məqaləyə baxa bilərsiniz.

Paylaş: