Ramazanda doğulan uşaqlara mütləq dini ad qoyulmalıdırmı?

    03.08.2014
Sual: 
Salam. Üzr istəyirəm, mənim ramazan bayramı günü oğlan övladım olub. Bəzi insanlar iddia edirlər ki, adını dini mövzuda qoymalısan. Bu, nə dərəcədə doğrudur?
Cavab: 

Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin, həmçinin səhabələrin və keçmiş əməlisalehlərin adlarıdır. Lakin Uca Allahın adını qoyduqda adın əvvəlinə "Abdu" (qulu) sözünü əlavə etmək lazımdır. Ramazan ayında dünyaya gələn uşaqlara bu adların qoyulmasının vacib olması haqda heç bir buyruq yoxdur. Həmçinin, bilmək lazımdır ki, dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun. 

Teqlər: 
Paylaş: