Ölmüş insanı unutmaq günahdırmı?

    04.08.2014
Sual: 
salam ölmus insani unutmaq gunahdirmi
Cavab: 

Aleykum salam. Ölmüş insanı unutmağın günah olması barədə dinimizdə heç bir dəlil yoxdur. Həmçinin, ölüləri tez-tez xatırlamağın buyurulması barədə də heç bir dəlil yoxdur. Buna görə narahat olmaq lazım deyildir. Sadəcə olaraq ölən insan yada düşdükdə onun üçün Allahdan bağışlanma və rəhmət diləyin. Çünki bu ona qəbirdə fayda verir. Günümüzdə bəzi insanlar ölən insanı xatırlamaq üçün onun doğum və ölüm gününü hər il qeyd edirlər. Həmçinin, bayramlarda "qara bayram" keçirir, cümə axşamlarında və ya ölən haqqında yuxu gördükdə onun üçün xüsusi yemək hazırlayır və dində heç bir əsası olmayan digər bidət əməllər edirlər. Onlar bu batil əməlləri ölmüş insanın xatirəsini əziz tutmaq üçün edirlər. Halbuki bütün bunlar insanların özlərindən uydurduğu batil inanclardır.  

Paylaş: