Yuxularımda səmadan kiminsə mənə baxdığını görürəm. Bu nə deməkdir?

    04.08.2014
Kimdən: 
Senan
Sual: 
Salam men tez tez yuxum da goyden mene bir gozun baxmasini gorurem peygenberimizin tesvirr olundugu benzedildiyi wekilde birinin goy uzunden mene baxdigini gorurem ve men yuxum da bunu gorub cox qorxuram xaiw sualima duzgun cavab yazasiz neden ola biler bu yuxu ?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Uca Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Daha ətraflı:
Yuxu haqqında
Nə edim ki, pis yuxular görməyim?
Yuxuda Muhəmməd peyğəmbəri görmək haqqında

 

Paylaş: