Kəbin kəsdirdikdən sonra öpüşmək olarmı?

    05.08.2014
Sual: 
Salam kebin kesdirdikden sonra opusmek olarmi
Cavab: 

Aleykum salam. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, bəli olar. Kəbinin mahiyyəti isə valideynlərin razılığı və şahidlərin olmasından ibarətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz və iki şahidsiz nigah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" deyə buyurmuşdur. Bu dəlillər onu göstərir ki, valideynin razılığı mütləq olmalıdır. Daha ətraflı: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: