Xristianlar niyə kafirdir?

    01.01.2014
Sual: 
Salam aleykum. Xristianlar niye kafirdirler? Onlarla Allahimiz birdir axi. İkisi de eyni Allaha inanir. Suali cavablandirsaniz sevinerdim. İndiden teshekkurler.
Cavab: 

Aleykum salam. Bu, onların Uca Allaha şərik qoşması, son Peyğəmbər Muhəmməd (salləllahu aleyhi və səlləm) və ona verilən Qurani Kərimi inkar etmələrinə görədir. Uca Allah buyurur: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)". (əl-Maidə, 72-73).
"Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir". (Ali İmran, 101).

Teqlər: 
Paylaş: