Yuxuda sevdiyim qızın məni sevdiyini görürəm. Bu yuxu gələcəklə bağlı ola bilərmi?

    13.08.2014
Kimdən: 
SenAn
Sual: 
Salam men bir qizi uzun zamandi sevirem o ise meni sevmir amma icimde bir umid var ki oda meni ne vaxtsa sevecek Allaha dua edirem ki sevsin meni umid edirem ki o da sevecek men tez tez yuxum da sevdiyim qiza sevdiyimi deyirem o da meni sevdiyni deyir bu yuxu gelecekle bagli gorulen bir yuxu du ? yoxsa menim fikirlerimle bagli bir yuxudur? xaiw edirem sualmimi duzgun deyerlendirin ve cavablayin indiden tewekkur ...
Cavab: 

Aleykum salam. Bizə yuxu və yozumu ilə bağlı çoxlu suallar verilir. Bununla əlaqədar olaraq demək istəyirik ki, ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və hər görülən yuxudan nəticə çıxartmaq, onda məna axtarmaq olmaz. Sadəcə olaraq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu kimi yaxşı yuxu gördükdə Allahı həmd etmək, pis yuxu gördükdə isə onun və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Bəzi insanlar yuxulara o qədər aludə olur ki, yuxulara görə hərəkət edir və öz gələcəklərini yuxular vasitəsilə öyrənməyə çalışırlar. Bu isə həmin insanlarda bir növ fala baxmağa bənzər bir hal yaradır. Daha ətraflı: Yuxu haqqında

Paylaş: