Nişanlı ola-ola yaxınlıq edən necə tövbə etsin?

    11.01.2014
Sual: 
Salam aleykum. Men qadinam ve biriyle gorushurem ama evlenmedim once birlikde olduq bilirem aile quracayiq. Amma yene de gunah oldugunu bilirem bile-bile etmishem chox boyuk gunahdi he bile bile etmishem bagishlanacammi? Tovbe etmek isteyrem nece edim?
Cavab: 

Əvvalə qeyd etmək istəyirəm ki, etdiyiniz bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur. Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl İsra, 32)
   Özünüz söylədiyiniz kimi günahı səmimi etiraf etməyiniz və bu əməldən peşman olmağınız öz-özlüyündə tövbənin mühüm şərtlərindən sayılır. Ümumi olaraq tövbənin aşağıdakı şərtləri vardır:
1. Etdiyin günahı Allahın qarşısında səmimi etiraf etmək.
2. Həmin əməldən dərin peşmançılıq çəkmək.
3. Bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək.

Xatırladaq ki, Uca Allah qullarına qarşı Mərhəmətli, Rəhmli və bağışlayandır. Əgər bəndə tövbənin şərtlərinə əməl edərsə, Allah onu bağışlayar.
Həmçinin, belə bir vəziyyətdə kəbin kəsdirməyiniz daha çox məqsədə uyğun sayılır.  

Paylaş: