Peyğəmbərimizin etdiyi ən xeyirli dua hansıdır?

    14.08.2014
Sual: 
Salam. Peygemberimizin etdiyi en xeyirli dua hansidir?
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin etdiyi bütün dualar xeyirlidir. Rəvayət edilir ki, Aişə demişdir: “Mən namaz qılarkən Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: “Ey Aişə! Çalış qısa və mənalı dualar edəsən!” O çıxıb gedərkən dedim: “Ey Allahın Elçisi! Qısa və mənalı dualar nədir?” O buyurdu: “De: “Allahummə inni əs'əlukə minəl-xeyri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əuzu bikə minəş-şərri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əs'əlukəl-cənnətə və mə qarrabə iləyhə min qaulin au aməl və əuzu bikə min­ən-nəri və mə qarrabə iləyhə min qaulin əu aməl və əs'əlukə mimmə səə­lə­kə bihi Muhəmmədun və əuzu bikə mimmə təuzu min­hu Muhəm­mədun və mə qadəytə li min qadai, fəc'əl aqibətəhu ruş­dən.
Tərcüməsi: "Allahım! Xeyrin hamısını, istər dünyadakını, istərsə də Axirətdəkini, istər bildiklərimi, istərsə də bilmədiklərimi Səndən diləyirəm. Şərin hamısından, istər dünyadakından, istərsə də Axirətdəkindən, istər bildiklərim­dən, istərsə də bilmədiklərimdən Sənə sığınıram. Cənnəti və ona yaxınlaşdıran hər bir sözü və əməli Səndən diləyirəm. Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir sözdən və əməldən Sənə sığınıram. Muhəmmədin Səndən istədiyini mən də Səndən istəyirəm və Muhəmmədin Sənə sığındığı şeydən mən də Sənə sığınıram. Mənim üçün qəzavü-qədərdən nə hazırlamısansa, onun aqibətini gözəl et!" (əl-Buxari "Ədəbul-Mufrad", 639). Bu dua Uca Allahdan bəxş edilən bütün xeyirləri özündə cəm edir. Həmçinin oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Quran və Səhih hədislərdən seçilmiş dualar

 

Teqlər: 
Paylaş: