Yuxuda mənə Peyğəmbərin ardınca getməyin əmr olunması nəyi bildirir?

    18.08.2014
Sual: 
salam aleykum men yuxuda gordumki yuxu gorurem ve yuxuda ALLAH TEALA mene deyirki peygemberin ardinca get. zehmet olmasa bunun ne mena verdiyini mene deyesiz. ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Peyğəmbərin (salallahu aleyhi və səlləm) ardınca getmək Uca Allahın tək sizə yox, bütün insanlara əmridir.
"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31).
"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl Əhzab, 36).
Hər kəs Peyğəmbərin (salallahu aleyhi və səlləm) buyurduğu qaydada Allaha ibadət etməli, ona şərik qoşmamalı, Onun buyurduğu haramlardan çəkinməlidir. Cənnəti qazanmağın da yolu məhz budur.

Paylaş: