Kəbin kəsdirdikdə qadın üçün vəli kimlər ola bilər?

    29.08.2014
Sual: 
Assalamu aleykum. Exican kebn kesdirerken bey,qiz olmadan qizin velisi(atasi, atasi muselman deyilse qardawi o da muselman deyilse emisi o da muselman deyilse kebn kesen), 2 wahid(ferq etmez axir evvel muselman kiwi olsun)olmalidi...bu sadaladiglarim duzgundurmu?eger duzgundurse alimlerimizin bu meselede reyleri eynidi yoxsa ixtilaflidi?yani veli atasi .atasi muselman deyilse qardawi siralamalari nezerde tuturam. Indiden Allah razi olsun .Allah sizleri xeyirle mukafatlandirsin, elminize bereket versin.Amin.
Cavab: 

Aleykum salam. Bu cavabları oxuyun:
İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər? 
Nikah bağlamağın qaydaları
Şəriətə əsasən kafir olanın müsəlman qadın üzərində vəlilik hüququ yoxdur. Amma təkfir məsələsində ehtiyatlı olmaq lazımdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Bir nəfər din qardaşını "kafir" deyə ittiham edərsə, bu iddia ya söz deyilən, ya da sözü deyən şəxsə aid olur. Əgər küfr ittihamına məruz qalan adam həqiqətən deyilən kimi kafirdirsə, onda o şəxs əhli-küfrdəndir, söz yerini tutmuş sayılır. Əgər ittiham edilən şəxs kafir deyildirsə, həmin iddia boş qalmayıb deyən adama qayıdır (o adam kafir olar)". (Səhih əl-Buxari "Ədəb", 73; Səhih Muslim "İman", 111).

Teqlər: 
Paylaş: