Peyğəmbərimizin həyatına aid oxumağa hansı kitabı tövsiyə edirsiniz?

    02.09.2014
Sual: 
Salam aleykum mene Peygemberimizin heyatina aid yaxsi kitab lazimdi , tovsiye ede bilersiz? Bi de hardan elde ede bilerem? Cox sag olun Allah sizlerden razi olsun.
Cavab: 

Aleykum salam. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını öyrənmək üçün ən yaxşı kitablardan biri əl-Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" kitabıdır. Azərbaycancaya tərcümə olunub. Sarı üzlü, adı "Həzrət Peyğəmbərin Həyatı" olan kitabdır. Rus dilinə də tərcümə olunub. Həmçinin İbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitab da məsləhət görülür. Həmin kitab da Azərbaycan dilinə tərcümə olunub. Tünd qırmızı üzlü, qalın kitabdır.

Teqlər: 
Paylaş: