Cənnətə yalnız kişilər daxil olacaqmı?

    04.09.2014
Sual: 
Salam. "Peyğəmbərə 40 sual" kitabında belə bir cümlə oxumuşdum, deyilir ki, yer üzündə hər namaz vaxtı insanlar namaz qılanda cənnətdə hurilər bir yerə yığışıb deyirlər ki, bizim gələcək ərlərimiz namaz qılırlar. Sualım budur ki, cənnətə yalnız kişilər daxil olacaq? Və yaxud da cənnətdə hər kəsin cinsiyyəti Allah tərəfindən dəyişdirilib kişi ediləcək?
Cavab: 

Aleykum salam. Cənnətə həm kişilər, həm də qadınlar girəcək. İnsan dünyada hansı cinsə mənsub idisə, Cənnətdə də həmin cinsdə olacaq.

Paylaş: