Uşaqlıqdan beynimə həkk olan "Allah baba" ifadəsinin təsəvvürünü indidə unuda bilmirəm...

    11.09.2014
Sual: 
Rəbbimin bütün bəndələrinə Salam olsun, başda da siz olmaqla. Körpə yaşlarımda valideynlərim dini baxımdan cahil olduqları üçün mənimlə söhbət edəndə Allaha müraciət edərkən "Allah baba" ifadəsini işlədirdilər. Və bu günah ifadə mənim beynimdə Allahı təsəvvür etmək kimi ömürlük günah bir iz qoydu. Mən nə qədər Allaha yalvarsam da ki, o surəti mənim beynimdən silsin, bu mümkün olmur. Görəsən Allah qorusun, mən büdpərəst sayılıram? Tövbə, mən büdpərəst deyiləm, ölsəm ondan yaxşıdır. Amma bu günah təsəvvürdən də yaxamı qurtara bilmirəm. Mən nə edim? Allah xatirinə mənə məsləhət verin. Allah sizdən razı olsun. Amin.
Cavab: 

Aleykum salam. Allahın tanımaq üçün tövhidi, Allahın ad və sifətlərini öyrənin, bu haqda kitablar oxuyun və ya dərslərə qulaq asın. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Daha ətraflı: İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı? 

Paylaş: