Muhəmməd peyğəmbəri yuxuda görmək nə deməkdir?

    06.01.2014
Sual: 
H.Mehemme peyğember yuxuda grmusam bu mümkündür bes menası ne deməkdir
Cavab: 
Salam aleykum. Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yuxuda görmək çox gözəl bir haldır və bu, hər kəsə nəsib olmur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məni yuxusunda görən kimsə ayıq vaxtı görmüş kimidir, çün­ki şeytan mənim surətimdə görünə bilməz". (İbn Məcəh, 3900).
Qeyd etmək lazımdır ki, şeytan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) simasında görünə bilməsə də, ancaq başqa bir görünüşdə adamın yuxusuna girib özünü peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi təqdim edə bilər. Elə bu səbəbdən də Peyğəmbəri (salləllahu aleyhi və səlləm) tanımayan bir çox avamlar yuxuda şeytanı gördükdən sonra özlərinə vergi verildiyini iddia edir və haqqı tapdıqlarını güman edirlər. Lakin özləri də hiss etmədən, ancaq özləri özlərini aldadırlar. Bu səbəbdən gördüyünün həqiqi Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) olduğuna əmin olmalısan. Bunun üçün Rəsulullahın vəsfləri məqaləsini oxuyun. Əgər bu vəsflər uyğun gəlsə onda yuxunu gördüyün istiqamətdə yozmaq olar.
Teqlər: 
Paylaş: