Naməhrəm qadından evlənmək üçün qız axtarmasını xahiş etmək olarmı?

    19.09.2014
Sual: 
As salamu aleykum, bir qardas evlenmek isteyir, tanidigi bildiyi evli (subay) qardaslara deyib, mesciddede xeber verib ama her kesin basi qarisiqdi, yada subay olan coxdur deye qardas evlene bilmir. Qardasin sosial sebekede tanidigi baciya evlenmek istediyini deyib, ona baci axtarmasini xahis ederse, bacida axtararsa bu dogrudurmu? Bir coxlari deyir olmaz cunki o bacinin ozude namehremdi,nece evlendire biler? bes seriete gore qiz ile evlenmek nece olur? esasende indiki dovrde.
Cavab: 

Aleykum salam. Sosial şəbəkələrdə naməhrəmlərlə söhbət etmək haramdır.  Daha ətraflı: Sosial şəbəkələrdə naməhrəmlərlə danışmaq haqqında
Əgər o qadın sizə evlənmək məsələsində həqiqətən yardımçı ola bilərsə, yaxşı olar ki, onunla sizə məhrəm olan qadınlar əlaqə saxlasınlar. Həmçinin, birlikdə tək qalmamaq şərtilə evlilik təklif edəcəyiniz qadına baxmağınıza icazə verilir. Həmçinin həmin qadından və ya onun vəlisindən (atası, qardaşı, əmisi, babası və s.) evliliyə aid vacib hesab etdiyiniz sualları soruşmaq olar. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: