Uşağa Munir adı qoymaq olarmı, kənarı çatlayan qabdan su içmək və digər suallar

    22.09.2014
Sual: 
Salam Aleykum...siz bu sualima yazmadizz...Quranda Munir sozu var bunu ad kimi oglan uwagina qoymaq olarmi?Birdeki 7 gumden Sonra uwagin saci kesilib onun miqdarinda kasiba qizil vermek onun evezine pul vermek olarmi??? Birdeki bunu etmek mutleq vacibdirr??? Birde sualim var deyirlerki evde qiragi catliyan qab ve ya stekan saxlamaq Islamda beyenilmir...bu barede hedisde var Hansi hedisdiki bilmek isterdim..Allah razi olsun..
Cavab: 

Aleykum salam. Quranda Munir sözü var və bunu insana ad kimi də qoymaq olar. Uca Allah buyurur: "Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və "nur saçan" (Munir) Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər". (Ali İmran, 184).
Həmçinin Quranda Munir sözü əl-Həcc, əl-Furqan, 61, Loğman, 20 və əl-Əhzab, 46-da keçir.

Uşağın saçı ağırlığında sədəqə pul şəklində verilir. Sadəcə olaraq qızıl və ya gümüşün dəyərində hesablanır. Bunu etmək vacib yox, sadəcə çox bəyənilən sünnələrdəndir. 

İslamda kənarı çat olan qablardan istifadə etmək bəyənilmir. Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, qabın qırıq tərəfindən su içməyin və suya üfürməyin. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurur: "Ağzı sınıq qablardan su içməyin!" (əl-Buxari və Muslim). Hədis alimləri bu qadağanın qəti surətdə haram deyil, bəyənilməyən bir əməl olduğunu bildirmişlər. Müasir tibb də təsdiqləyir ki, belə qabların sınıq yerlərinə mikrob yığışır və yumaqla təmizlənmir. Ona görə də sınıq və ya çatlaq qablardan istifadə etməmək daha yaxşıdır. Əlavə olaraq, qabın qırıq tərəfi ondan su içmək insanın dil və dodağına xəsarət yetirə bilər. İsti yemək və suya üfürüb onu soyutmağa çalışmaq da ağızdan çıxan zəhərli maddələrin onlara qarışmağına səbəb olur. Bundan da uzaq durmaq lazımdır. Bu, eyni zamanda insanlarda ikrah hissi yaradan xoşagəlməz bir haldır. İbn Əbu Qatədə atasından (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "İçərkən içdiyiniz qabın içində nəfəs almayın….". (əl-Buxari).

Teqlər: 
Paylaş: