Həvva anamız necə yaranıb?

    22.09.2014
Kimdən: 
sevinc ehmedova
Sual: 
Hevva anamız necə yaranıb?
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir". (ən-Nisa, 1).
Ayədə Həvvanın Adəmdən yaradıldığı bildirilir. Bu yaradılışın necə olması alimlər arasında mübahisəlidir. Bir çox təfsirçilər Uca Allahın "Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini yaradan…" ayəsinin təfsirində Həvvanın Adəmin sol qabırğasından yaradıldığını qeyd edir. Bu alimlər aşağıdakı hədisi buna dəlil olaraq da gətirirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qadın əyri qabırğa kimidir; əgər toxunmasan, ondan faydalana bilərsən. Əgər əyib düzəltmək istəsən, sınar". Doğrusunu Allah bilir. Həmçinin İnsanın yaradılışı adlı məqaləni oxuyun.

Paylaş: