Gördüyüm bu yuxunun mənası nə ola bilər?

    22.09.2014
Kimdən: 
Aysel
Sual: 
Salam.sevgilimle ayriliq noqtesindeyik.15 gundu ayriyiq,barismir.bu gun yuxuda gordum ki meni bir adam yanina apardi.dedi dur burda gelirem.o geden getdi qayitmadi.men de cox gozledim.menasin bilmek isteyirem.evvelceden tewekkurler
Cavab: 
Aleykum salam. Yuxularla hərəkət etmək və ya yuxulardan hökm çıxrtmaq şərt deyil. Ümumiyyətlə islama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Daha ətraflı: 
Yuxu yozmaları kitabı ilə yuxu yozmaq günahdırmı?
Yuxu haqqında

Sevib, sevilmək barədə
Paylaş: