Cinsi əlaqə hansı şəkildə olmalıdır?

    24.09.2014
Sual: 
qadinlara qabaqdan cinsi elaqe gunahdimi
Cavab: 

Salam aleykum. Cinsi əlaqə anus yolu ilə (anal yolla) olmamaq şərti ilə, cinsiyyət üzvündən istənilən vəziyyətdə (pozada) ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza necə istəyirsinizsə, yaxınlaşın". (əl-Bəqərə, 223). İbn Kəsir bu ayənin təfsirində demişdir: "İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Burada tarla uşağın dünyaya gəldiyi yerdir". "Tarlanıza necə istəyirsinizsə, yaxınlaşın", yəni eyni yerə (cinsiyyət orqanına) olmaq şərti ilə istər ön tərəfdən, istər arxa tərəfdən istədiyiniz kimi tarlanıza yaxınlaşın. Bu barədə səhih hədislər rəvayət olunmuşdur. əl-Buxari Cabirin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: "Yəhudilər deyirdilər: "Kişi öz qadını ilə arxa tərəfdən cinsi əlaqədə olarsa, doğulan uşaq çəpgöz olar". Onda Allah bu ayəni nazil etdi: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın". (Səhih əl-Buxari, 3022, 4164, 4528; Səhuh Muslim, 3608–3609, 2592).
Həmçinin rəvayət edilir ki, Muaviyə ibn Heydə əl-Quşəri (Allah ondan razı olsun) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey Allahın Elçisi! Qadınlarımızla nəyi edə bilərik və nəyi edə bilmərik?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Qadın sənin tarlandır. Tarlana istədiyin kimi yaxınlaşa bilərsən. Lakin, ədəbləndirmək istəsən, üzünə vurma, təhqir etmə və yatağını ayırmaq istəsən, bunu evində et!" (İmam Əhməd, 20057, 20304; Əbu Davud, 2145. Hədis səhihdir. Bax: "Silsilə əs-Səhihə", 687).
Arxadan (anusdan) və heyzli halda cinsi əlaqədə olmaq isə böyük günahdır. Uca Allah buyurur: "Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqlə­yərsə, artıq Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Macəh, 639). Digər hədisdə deyilir: "Qadına arxasından (arxa orqa­nın­dan) yaxınlaşan lənətlənmişdir". (İmam Əhməd, 10206; Əbu Davud, 2164). Ər-arvad olmayanların arasında isə cinsi əlaqə böyük günahdır və cəzası da şiddətlidir. Daha ətraflı: Zina haqqında

Teqlər: 
Paylaş: