Zina edən adamdan özümüzü və əşyalarımızı uzaq tutmalıyıqmı?

    30.09.2014
Sual: 
Salam. Mən şübhələnmişəm ki, qardaşım zina edir, ona görə də çalışıram ki, ondan uzaq durum və əşyalarımı da uzaq tutum. Amma bir evin içində yaşadığımız üçün bu çox da mümkün olmur. Məni çağıranda qoluma vurur, gedib tez qolumu yuyuram. Və yaxud da əli başıma dəyir gedib tez başımın o hissəni yuyuram. Amma bayaq baxdım ki, mənim əl-üz dəsmalıma söykənib telefonla danışır, gedib tez dəsmalımı götürüb çaşıb qoydum namaz paltarlarımın üstünə. İndi görəsən namaz paltarlarımı və dəsmalımı yumalıyam? Qorxuram ki, onun üstündə, paltarında nəcis filan olar və mənim əşyalarıma yapışar. Nə edim?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl İsra, 32)
Amma zinakarın toxunduğu əşyaların murdar olması şəriətdə deyilməyib. Odur ki, belə etməyinizə ehtiyac yoxdur və çalışın ki, əşyalarınızı və bədəninizi tez-tez yumaqla bağlı vəsvəsələrə fikir verməyin. Çünki şeytanın vəsvəsəsinə fikir verdikcə, o insanı daha da ələ almaq istəyir. Qardaşınıza nəsihət edə bilərsinizsə, təklikdə ona gözəl nəsihət edin və onu əxlaqla və səbirlə bu çirkin işdən çəkindirib dinə-imana, islama dəvət edin!
Həmçinin oxuyun: Zina haqqında

Paylaş: