Qəbirin yanında ağac əkmək haqqında

    05.10.2014
Kimdən: 
NICAT
Sual: 
İslama görə qəbirin üstünə su tökmək və ya üzərində ağac əkmək olarmı? Tarix: 27-08-2014 Sual: Salam aleykum. Sunnede qebirin ustunde agac ekmek ve uzerine su tokmek gelibmi? Cavab: Aleykum salam. İslam dininə görə qəbirlərin üzərində ağac əkmək, yerimək, oturmaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz. bu cavabi yazmisiniz.amma dinde var axi agac ekmek savabdir,mehz qebrlerin yaninda ekilen agaclar olunun gunahin azaldir,ekilen agacin her meyvesi qeder sedeqe hesab olunur.bes buna ne deyirsiniz?cavabiniz menim ucun deyerlidir
Cavab: 

Aleykum salam. Əgər bir insan sağlığında ağac əkərsə, öləndən sonra da o ağac durduqca insanlar, heyvanlar ondan faydalanırsa, həmin insana savab yazılır. Peyğəmbər (salləlahu aleyhi və səlləm) demişdir: "Adəm oğlu vəfat etdikdə davam edən sədəqə, faydalı elm yaxud onun üçün dua edəcək saleh övlad xaric bütün əməlləri dayanır". (İbn Hibban, 93). Ağac əkmək, yol çəkmək və s. insanların faydalandığı şeylər qoyub getmək "davam edən sədəqə" sayılır. Amma bu insanın sağlığında əkdiyi ağaca aiddir. Öləndən sonra onun qəbrinin yanında başqalarının ağac əkməsinin ölüyə savabı çatmasını isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə bildirməyib.

Paylaş: