İmranın qızı Məryəm ilə Harun və Musa bacı-qardaş olublarmı?

    07.10.2014
Kimdən: 
Famil
Sual: 
Salam,bilmek isterdim ki,quranda imranın qızı meryem hansı meryemdi,axı meryem suresinde 28ci ayede harunun bacısı yazılır(ey harunun bacısı,pis kişi deyildi atan,exlaqsız deyildi anan ve.s),yeni ele musa da harunun qardaşıdır ki onun da yeni musanın da bacısı sayılır,axı musa ile meryem oğlu isanın arasında 1000il ferq var,bu nece ola biler?
Cavab: 

Aleykum salam. Muğira ibn Şöbə belə rəvayət edir: "Bir gün peyğəmbər (sallallahu aleyhi və səlləm) bəzi ehtiyacları ilə bağlı məni Nəcran qəbiləsinə göndərdi. Mən ora çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni ("Ey Harunun bacısı..." Məryəm, 28) oxuyursunuzmu? Bu necə ola bilər? Axı, Musa və Harun, İsa ibn Məryəmdən neçə əsr qabaq yaşayıb və s. Belə olduqda mən onlara nə cavab verəcəyimi bilmədim. Peyğəmbərin yanına qayıtdıqda məsələni ona danışdım. O belə dedi: Məgər Nəcran qəbiləsi bilmirmi ki, İsrail oğulları arasında uşaqlara əvvəlki peyğəmbərlərin və əməlisaleh insanların adlarını qoymaq adət-ənənəsi olduğuna görə Məryəmin qardaşına da Harun adı qoyulub". (Muslim, Əhməd)

Teqlər: 
Paylaş: