Nərd oynamaq günahdır?

    05.01.2014
Sual: 
nerd oynamaq gunahdirmi?
Cavab: 
Salam aleykum. Nərd oynamaq günahdır. Çünki bu oyunda haram sayılan zərdən istifadə edilir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə söylədiyi xəbər verilir:
“Kim zərlə oynayarsa, sanki əlini donuzun ətinə və qanına salmışdır”. (Muslim)
İslam Alimlərinə görə “Əlini donuzun ətinə və qanına salmışdır” ifadəsi bunlardan yeyirmiş mənasını daşıyır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir:
“Nərd oynayan Allaha və Onun Rəsuluna üsyan etmişdir”. (Әbu Davud, İbn Macə)
Paylaş: