Süni mayalanma etmək olarmı?

    13.10.2014
Kimdən: 
aygun
Sual: 
salam aleykum. ISLAMDA suini mayalama haqqinda melumat vererdizda,nece baxilir buna? Menim uwagim olmur hekimde deyir ancaq suini mayalanma ile ana ola bilersen.
Cavab: 

Aleykum salam. Süni mayalanma ilə bağlı islam alimlərinin fətvasında belə deyilir: Qadın və ya kişidə mövcud olan bir çatışmazlığa görə hamiləlik təbii yolla, yəni normal cinsi əlaqə yolu ilə baş tutmursa, süni mayalanma üsulundan istifadə edilə bilər. Bunun bəzi şərtləri vardır: Mayalandırılan yumurta və sperma ər-arvad cütlüyünün olmalıdır. Mayalanmış yumurta başqa bir qadının deyil, ana olmaq istəyən qadının öz bətnində inkişaf etməlidir. Bu əməliyyat istər ata-ana, istərsə də doğulacaq uşağın sağlamlığına mənfi təsir etməməlidir.
Həmçinin bu üsuldan evlənən kimi yox, bir neçə il gözlədikdən sonra təbii yolla hamiləlik baş tutmaqdıqda istifadə etmək lazımdır.
Övrət yerinin naməhrəmə göstərilməməsi baxımından, bu işi bacaran etibarlı qadın həkimlər varsa, onların yanına getmək lazımdır. Əks halda zərurət olduğu üçün kişi həkimə getmək olar. Həmçinin oxuyun: Övlad duası olurmu?

Teqlər: 
Paylaş: