Duada "Allah özünə dost götürməyib" deyilir, axı İbrahim peyğəmbər Allahın dostu idi...

    13.10.2014
Sual: 
Salam.1sualda,kim bu duani 10defe oxusa40 milyon savab qazanar: siz bu duanin tercumesinde..O ozune hec 1dost ve ovlad goturmemisdir..yazmisiz axi Ibrahim Peygәmbәr onun xelili dostu olmayib?Xahis ederdim bunu izah edesiniz.
Cavab: 

Aleykum salam. İbrahim peyğəmbər (aleyhi-s-sələm) və bütün möminlər Allahın dostlarıdır. Uca Allah buyurur: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar". (əl-Bəqərə, 257).
"Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur". (Yunus, 62-64).
Məşhur təfsir alimi İbn Kəsir (rahiməhullahu) bu ayənin təfsirində belə qeyd edir: "Burada Uca Allah deyir ki, möminlər Uca Allahın dostlarıdır. "Allahın dostlarının heç bir qorxusu yoxdur" - o deməkdir ki, Qiyamət günü onların heç bir qorxusu olmayacaq, "onlar kədərlənməyəcəklər" - yəni dünya həyatında etdikləri şeylərə görə kədərlənməyəcəklər". (Təfsir, əl-Quran əl-Azim, 4/278).
Peyğəmbər (salləllahu aleyhi və alə əlihi və səlləm) buyurmuşdur: "Kim ki Allahla görüşməyi istəyirsə, Allah da onunla görüşmək istəyir. Kim ki Allahla görüşmək istəmirsə, Allah da onunla görüşmək istəmir". (əl-Buxari).

Ancaq duadakı "O, özünə heç bir dost və övlad götürməmişdir" ifadəsi o mənadadır ki, Uca Allahın bunların heç birinə ehtiyacı yoxdur. Duanın əvvəlində də bunu təsdiqləyən ifadələr var. Duanı bir daha tam olaraq yazırıq, diqqətlə oxuyun: "...Əşhədu ənlə iləəhə illəllaahu vahdəhu lə şəriikə ləhu, iləəhən vaahidən əhədən samədən, ləm yəttəxiz saahibətən va lə valədə, va ləm yəkulləəhu kufuvan əhəd Mən şahidlik edirəm ki, Allahdan baş­qa ilah (məbud) yoxdur, O təkdir və Onun heç bir şəri­ki yox­dur. O Allah birdir, təkdir, heç kəsə və heç nəyə möhtac deyildir! Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir! O Özünə heç bir dost və övlad götürməmişdir və Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!)". 
Əkisinə, biz insanların Uca Allaha ehtiyacı var.

Paylaş: