Bilyard, domino, futbol, şahmat və nərd oyunlarını oynamaq olarmı?

    30.10.2014
Sual: 
Salam aleykum. Bilyard,damino,futbol,waxmat,nerd bu oyunlarin heresinin ayri-ayriliqda hokmlerini zehmet olmasa deyin de? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Bəzilərini çıxmaq şərtilə bu oyunları həddi aşmadan, dincəlmək məqsədilə oynamaq olar. Bu oyunlar həddindən artıq vaxt almamalı, Allahın vacib buyurduğu əmrlərdən yayındırmamalı, qumar və ya mərc məqsədilə oynanılmamalı, nəfsin xəstəliyinə, düşkünlüyə çevrilməməlidir.
Nərd oynamağı Allah Rəsulu (salləllahu aleyhi və səlləm) qadağan etmişdir: "Nərd oynayan şəxs Allaha və Rəsuluna asi olmuşdur". (Əbu Davud, "Ədəb", 56).
"Nərd oynayan kimsə sanki əlini donuz ətinə və qanına bulaşdırmışdır". (Əbu Davud, "Ədəb", 56).
Şahmat oynamağı da bir çox alimlər icazəli saymayıblar. Həmçinin oxuyun: Futbola baxmaq və oynamaq olar?

Paylaş: