İslama gələndən çox əsəbi olmuşam və qorxuram...

    30.10.2014
Sual: 
Salam Aleykum, men islama gelenen çox esebi olmuşam evde tek qala bilmirem geceler çox qorxuram ele biliremki meni kimse izleyir, sizce mene cin gire bilermi, her kesnen acı danişiram, heç kimnen dil tapa bilmirem.
Cavab: 

Aleykum salam. İslama yeni gələnləri şeytan müxtəlif üsullarla vəsvəsə verərək Uca Allahın yolundan döndərməyə çalışır. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə fikir verməmək lazımdır. Sizdə baş verən hallara qarşı səbirli olun və nə qədər çox Uca Allahın əmrlərini yerinə yetirsəniz, Uca Allahın izni ilə bu halın da daha tez keçməsinə səbəb olar. Evdə Quran oxunmasına qulaq asın, xüsusilə də Bəqərə surəsini hər gün evdə səsləndirin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz şeytan, içərisində Bəqərə surəsi oxunan evdən qaçar". (Səhih Muslim).  
Qorxduqda isə "Ləə iləhə illəllah - Allahdan başqa haqq məbud yoxdur" deyə bilərsiniz. Həmçinin oxuyun: Qaranlıq düşən kimi qorxuram

 

Teqlər: 
Paylaş: