Ölüləri söymək, lənətləmək olarmı?

    13.11.2014
Kimdən: 
Sara
Sual: 
Salam aleykum. Oluleri soymek, lenetlemek olarmi?
Cavab: 

Aleykum salam. Həm ölüləri, həm də diriləri söymək və lənətləmək qadağandır. Ümumiyyətlə söyüş söymək, bəddua, qarğış, təhqir, lənət etmək müsəlmanın sifətlərindən deyil. Dinin bünövrəsi gözəl əxlaqdır. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında Əbu Cəhlə lənət oxunduqda belə dedi: "Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə (etdikləri əməllərə görə aqibətlərinə) qovuşublar". (Buxari, "Kitəbu-l-Cənəiz", 1393). Həmçinin, buyurub: "Ölüləri söyməyin!" (ət-Tirmizi, 1982).
"Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür". (əl-Buxari, 48; Muslim, 30; Əhməd, 3903).
"İki nəfər söyüşərsə, ilk olaraq söyülən kəs həddi aşmadığı təqdirdə hər ikisinin günahı başlayan kəsə yazılar". (Əbu Dəvud, 4/274). Daha ətraflı:
Müsəlmanı söymək barəsində hədislər yaza bilərsinizmi?
İslam dini lənəti bəyənirmi?

Paylaş: