Şihafi şəkildə halallığı alınmış torpağın keçmiş sahibi vəfat edibsə, varislərindən də halallıq alınmalıdır?

    27.11.2014
Kimdən: 
hesen memmedov
Sual: 
evim sifahi halal (senedsiz) olunmus torpaqda tikilib . Men varislerin (sahibi vefat edib)bir_necesinden ozume dusen hissenin halalliqini alabilerem?
Cavab: 

Aleykum salam. Torpaq məsələsi elə bir məsələdir ki, hətta peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub ki, kim icazəsiz (halallıq olmadan) bir qarış torpaq götürərsə, qiyamət gün o torpaq onun boynundan sarılacaq. (Əbu Dəvud, Nəsəi, Tirmizi). Odur ki, siz də bu məsələdə bir az diqqətli olmalısınız. Əgər torpaq sahəsinin həqiqi sahibi doğrudan da sizə şihafi də olsa halallıq veribsə, bu zaman istəsəniz varislərindən halallıq almaya bilərsiniz. Ancaq qəlbin daha da əmin və rahat olması baxımından istəsəniz onların hərəsindən ayrıca halallıq ala da bilərsiniz. Xüsusən də əgər o torpaq sahəsində varislərin haqları varsa. Müsəlman Allahdan qorxmalıdır və kiminsə haqqına girməkdən çəkinməlidir. Həmçinin çalışın ki, özünüzə düşən hissənin sənədlərini toplayıb sənədləşdirəsiniz. Ən doğrusunu Allah bilir.

Paylaş: