Allahın adından and içmək olarmı?

    03.12.2014
Kimdən: 
Senuber
Sual: 
Salam aleykum. Allahin adindan and ichmek olarmi?
Cavab: 

Aleykum salam. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Bir nəfər: "Allaha and olsun ki, O, filənkəsi bağışlamayacaq!" dedi. Uca və Qüdrətli Allah dedi: "Bu kimdir ki, mənim adımla and içir ki, Mən kimisə bağışlamayacağam? Mən artıq onu bağışladım və sənin bütün əməllərini puç etdim!" (Muslim, 2621).
Əbu Hureyrədən (radıyallahu anhu) rəvayət edilən hədisdə isə belə deyilir: "Bunu deyən abid (Allaha çoxlu ibadət edən) bir insan idi". Əbu Hureyrə sonda əlavə etmişdir: "O dünyasını və axirətini məhv edən bircə kəlimə işlətmişdi"

Paylaş: