Cənnətə və Cəhənnəmə inanmayanlara bunu necə sübut etmək olar?

    06.12.2014
Kimdən: 
Ummu Cəmilə
Sual: 
Assalamu aleykum qardaşlar. Belə bir gözəl sayta görə Allah Təala sizlərdən çox-çox razı olsun. Allah sizi xeyirlə mükafatlandırsın. Saytınız superdi, yekdi, təkdi və rəqibiniz də inanmıram ki, əsla olsun! maşallah Allah sziləri qorusun. Doğrusunu Allah bilir, amma mən elə hesab edirəm ki, Azərbaycanın dini saytları arasındakı internet məkanında bu saytın tayı-bərabəri və bu sayt qədər faydalı saytlar yoxdur. Sizin məqalələrinizi və sual-cavabınızı demək olar ki, hər gün işdən evə gələn kimi izləyirməm. Çox xoşumuza gəlir, həm mənim, həm ailəmizin, həm də valideynlərimin. Belə bir sualım var sizə.... Deməli, cənnətə, cəhənnəmə və bir sözlə axirətə inanmayanlara, bunların haqq olmasını necə isbat, sübut etmək olar? Onları sağlam dəlillər əsasında necə inandırıb razı salmaq olar? Sizin feyzbuk səhifənizi də izləyirməm... Bir də burada suallara cavab verən şəxsin kimliyini bilmək istərdim, təbii əgər buna etiraz etməzsinizsə... Bilirəm ki, nömrəsini verən deyilsiz :) Heç olmasa əgər imkandırsa, e-maili varsa verərdiniz, hərdən şəxsi suallarım olur ki, bura yox ora yazıb cavab alardım. Bu mümkündürmü? Nə isə mümkün olsa da, olmasa da Allah sizdən razı olsun! Amma sualıma cavab yazmağı unutmayın. Həm də bir az tez, zəhmət olmasa... Assalamu Aleykum...
Cavab: 

Aleykum salam. Allah sizdən də razı olsun! Cavabı buradan oxuyun: Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar?
Sualları cavablandıranlar ilahiyyat üzrə təhsil almış mütəxəssislərdir. Burda görünməsini istəmədiyiniz sualları Facebook səhifəsinə ismarıc kimi göndərə bilərsiniz.

Paylaş: