İmam Əlini yuxuda görmək necə yozulur?

    10.01.2014
Sual: 
Salam aleykum. Men yuxumda goy uzunde buludlardan yaradılmış bir aslan ve atın üstunde adam ve uchan qartal gordum. Ve yuxuda 3 defe Hz. Elinin adına salavat chekdim. Eger bir melumatınız varsa deseniz sevinerem. Cox sag olun!
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz". (əl-Buxari, 6985).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxuları yozardı və yuxuları xeyirə yozmağı buyurardı. Yuxunun dəqiq yozumunu isə hər adam edə bilməz. Bunu yalnız İslam elmini dərindən bilən və yuxu yozumunu bilən adam edə bilər. 

Teqlər: 
Paylaş: