Əbu Talib barədə yaza bilərsinizmi?

    21.01.2015
Sual: 
Salam aleykum. Sualim budur ki, Peygemberimiz ve onun ehli beytinin gunahi olubmu? Bi de zehmet olmasa Ebu Talib barede melumat verersiz. Allah razi olsun
Cavab: 

Aleykum salam. Əbu Talib ibn Abdulmuttalib peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi olub. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) valideynləri dünyasını dəyişdikdən sonra onu özünün himayəsinə götürüb və ömrünün sonuna qədər peyğəmbərimizi (salləllahu aleyhi və səlləm) ərəb müşriklərinə qarşı müdafiə edib. Ancaq buna baxmayaraq dünyadan qeyri müsəlman kimi köçüb. Abbas ibn Abdu-l-Muttalibin (Allah ondan razı olsun) peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə soruşduğu rəvayət olunur: "Ey Allahın Elçisi, Əbu Talib səni qoruyardı, sənə görə qəzəblənərdi, ona nəsə bir fayda verə bildinmi? O belə cavab verdi: "Bəli, Cəhhənəmin ən yuxarı yerindədir, əgər mən olmasaydım, onda Cəhənnəmin ən dibində olardı". (əl-Buxari, 3883; Muslim, 209).
Səid ibn Museyyibdən, o da atasından (Allah onlardan razı olsun) belə rəvayət etmişdir: "Əbu Talib ölüm yatağında ikən peyğəmbər onun yanına gəldi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onun yanında Əbu Cəhl və Abdullah ibn Umeyyə ibn əl-Muğirəni gördü. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: "Ey əmi! "Lə iləhə illəllah" de ki, bu kəlmə ilə sənin üçün Allahın qarşısında şahidlik edim" deyə söyləli. Əbu Cəhl və Abdullah ibn Umeyyə: "Ey Əbu Talib! Əbdu-l-Muttalibin dinindən imtina edirsən?!" deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əbu Talibin onlara son sözü "O Abdu-l-Muttalibin dinindədir" olanadək, ona bu kəlməni deyərək, onun üçün təkrar edti. O, Lə iləhə illəllah deməkdən imtina etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona belə dedi: And olsun Allaha, mənə qadağan olunmayınca, sənin üçün bağışlanma diləyəcəyəm. Allah Təala bu ayəni nazil etdi: "Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!" (ət-Tovbə, 113); "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!" (əl-Qasas, 56)". (əl-Buxari, 1360; Muslim, 24). Həmçinin oxuyun: Peyğəmbərlərin səhvi olubmu?

Teqlər: 
Paylaş: