Cahil vaxtı evlənənlər islama gəldikdən sonra kəbin kəsdirməlidirlərmi?

    15.01.2015
Sual: 
as salamu aləykum qardaşlar. bir baci var musəlmandi.əri cahil. bularin heç kəbini yoxdu.. o vaxtdan etmiyiblər.. İndi baci kəbinsiz yaşiyir yoldaşiyla. baci zina edir axi. ama elm əhlİ kəbinin kəsmir. allah qorusun. baci belə halda ölsə necə. ..
Cavab: 

Aleykum salam. İnşallah bu işdə onlara günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Həmçinin səhabələr (Allah onlardan razı olsun) də islama gəldikdən sonra, islamdan əvvəlki nigahlarını təzələməyiblər və Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də onlara bununla bağlı bir söz deməyib. Uca Allah buyurur: "​Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Furqan, 70).
Əgər toy olubsa, bu bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən valideynlərin xəbəri və qızın razılığı vardır. Həmçinin qıza verilən qızıl zinət əşyaları da onun mehri, həmçinin, insanların toya gəlməsi şahidlik sayıla bilər. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: