Dua qədəri dəyişə bilərmi?

    21.01.2015
Kimdən: 
Gugudino
Sual: 
Salam. Meni nece vaxtdi bir sual cox maraqlandirir. Xahis edirem etrafli sekilde mene yazin.men dua edirem her hansi bir isim alinsin deye. Sonra fikirlesirem ki eger qismetimde yoxdusa olmayacaq. Onda men dua etmeyim arzularim ucun? Insan dua ile qismetini deyisdire bilermi? Xahis edirem etrafli sekilde izah edin Allah cumlenizden razi olsun
Cavab: 

Aleykum salam. Qədərin əvvəlcədən təyin olunmasına inanmaq imanın şərtlərindəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah məxluqatın qədərini, göyləri və yeri yaratmasından əlli min il öncə yazmışdır". (Muslim).
Duanın qədəri dəyişməsi ilə bağlı isə aşağıdakı hədislər var:
 "Qədəri yalnız dua dəyişir". (ət-Tirmizi, İbn Məcəh, 90; İmam Əhməd, 5/277).
 "Sizdən kimə dua qapısı açılarsa, (çoxlu dua edərsə), onun üçün rəhmət qapıları da açılar (duasına cavab verilir). İstənilən şeylər arasında Allaha ən sevimli olanı Ondan afiyət istənilməsidir. Dua üz vermiş bəlanın dəf olmasına və üz verməmiş bəlanın isə baş verməməsinə səbəb olur. Ey Allahın qulları dua edin!" (ət-Tirmizi, 3548).
"Qədərdən həzər etməyin (çəkinməyin) heç bir faydası yoxdur. Dua enmiş bəlanın dəf olmasına və enməmiş bəlanın isə baş verməməsinə səbəb olur. Həqiqətən də, dua bəla ilə qarşılaşaraq Qiyamət gününə qədər (onun qarşısını almaq üçün) mübarizə aparar". (ət-Tabərani, "əl-Əvsat", kitabı, hədis: 2519).
Bu hədislərin şərh edərək alimlər demişlər ki: "Bu hədislər Allahın qul üçün yazdığı qəza-qədəri (bəlanı) dua ilə qaytarmasına dəlalət edir. Bu barədə çoxlu hədislər rəvayət olunmuşdur. Hasil olan nəticə odur ki, duanın özü də Allahın qədərindəndir. Qulu üçün muqayyəd (asılı) olan bir qəza-qədəri yazar ki, dua etməzsə qəza-qədər baş versin, lakin Ona dua edərsə, həmin qəza-qədər ondan dəf olsun. (əş-Şovkəni: "Tuhfətu-z-Zəkirin" kitabı, səh: 29-30). Həmçinin oxuyun: İnsanların seçimi və iradəsi varmı?

Teqlər: 
Paylaş: