Dini məsələlərdə valideynlərə qarşı çıxmaq olar?

    07.01.2014
Sual: 
Salam aleykum.Eger valideynler dinde gosterildiyi kimi yasamagi qadagan edirse onlara qarsi cixmaq olar?
Cavab: 
Və aleykum Salam. Uca Allah valideynlərə itaət etməyi buyurur. Lakin günah işlərdə valideynlərə itaət etmək olmaz. Peyğəmbər (Ona və ailəsinə Allahın salvatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1098). Uca Allah buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə. Axır dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm". (əl-Ənkəbut, 8). Uca Allah hər bir halda olduğu kimi bu işdə də valideynlərlə gözəl bir şəkildə davranmağı buyurur.
Teqlər: 
Paylaş: