Sağ əldən istifadə etmək haqda hədislər yaza bilərsinizmi?

    13.01.2015
Sual: 
Salam aleykum. Sağ əl ilə yemək, ümumiyyətlə sağ əldən istifadə etmək haqda hədislər yaza bilərsinizmi?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əl ilə içməsin. Çünki şeytanlar sol əli ilə yeyər, sol əli ilə içərlər". (Buxari).
"Sizdən biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklə sağ ayaq ilk geyindirilən və son çıxardılan olsun". (Buxari, Muslim).
Aişə (radiyəllahu anhə) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bütün işlərində, dəstəməz aldıqda, saçını daradıqda, ayaqqabı geyinməsində, yeməkdə, içməkdə, paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi". (Buxari, Muslim, Əbu Dəvud).

Paylaş: